Gürcüstanın baş prokuroru istefa verib
Gürcüstanın baş prokuroru istefa verib
Gürcüstanın baş prokuroru İrakli Şotadze səhhətinin pisləşməsi ilə əlaqədar tutduğu vəzifədən istefa verib.
“Səhhətimin pisləşməsi ilə əlaqədar olaraq, həkimlərin tövsiyəsi ilə baş prokuror vəzifəsini tərk edirəm”, - o, sosial şəbəkələrdə yazıb.
Şotadze 5 il Baş Prokurorluğa rəhbərlik edib.
Gürcüstanın “Prokurorluq haqqında” Qanununa əsasən ölkənin baş prokuroru vəzifəsindən vaxtından tez gedərsə Prokurorlar Şurası baş prokuror vəzifəsinə bir ay müddətində biri başqa cinsin nümayəndəsi olmaqla üç nəfərin namizədliyini irəli sürməlidir.
Namizəd parlamentdə 6 il müddətinə seçilir.
Www.soydasaz.kepenekci.net