İrakli Kobaxidze: Gürcüstan-Amerika münasibətləri yenidən nəzərdən keçirilməlidir

image

“Gürcüstan-Amerika münasibətləri əvvəlki illərdə xeyli zədələndikdən sonra yenidən nəzərdən keçirilməlidir”.

Soydas.az "Report"a  istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın Baş naziri İrakli Kobaxidze məlumat verib.

“Mən bilmirəm niyə 2020-2021-ci illərdə, sonra isə 2022-ci ildə iki inqilab cəhdi olub. Bu cəhdlərin niyə edildiyini bilmirəm, amma fakt budur ki, ABŞ-ın Tbilisidəki səfiri o illərdə çox şeyi korladı və bunu düzəltmək lazımdır.

Bura hökumətin istefasını və onların iştirakı ilə hökumətin qurulmasını tələb edən Amerika tərəfindən maliyyələşdirilən QHT-lər daxildir. Ona görə də Gürcüstan-Amerika münasibətlərinə yenidən baxmaq lazımdır”, - Kobaxidze bildirib.

Www.soydasaz.kepenekci.net

Paylaş:

Xəbər lenti