Gürcüstanda seçkiləri pozmaq üçün QHT-lərə 41,7 milyon dollar verilib

image

Gürcüstanın qeyri-hökumət təşkilatları (QHT) 2024-cü ildə ölkədə parlament seçkiləri ərəfəsində ABŞ Beynəlxalq İnkişaf Agentliyindən (USAID) 41 milyon dollardan çox vəsait alıb.

Bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili feysbuk səhifəsində paylaşım edib.

"USAID siyasi korrupsiya vasitəsilə Gürcüstanda seçkilərə 41,7 milyon dollar xərcləyib. ABŞ və Gürcüstan əhalisinin nisbətinə görə hesabladıqda, bu, ABŞ-də seçkilərə xaricdən xərclənən 3,78 milyard dollar təşkil edərdi. Ölkələrin ÜDM-ni əsas götürsək, bu müqayisə daha təəccüblü olacaq", - o yazıb.

Www.soydasaz.kepenekci.net

Paylaş:

Xəbər lenti