Putin Paşinyanla 6 saziş imzaladı

image

Ermənistan Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında Moskvada keçirilən görüşdə 6 sənəd imzalanıb. Ermənistan hökumətinin yaydığı məlumata görə imzalanan 6 sənəd aşağıdakılardır:

- Ermənistan Əmək və Sosial İşlər Nazirliyi ilə Rusiya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında Əməkdaşlıq Memorandumu;

- Ermənistan Ədliyyə Nazirliyinin İcra Xidməti ilə Rusiya Federal Məhkəmə İcraçıları Xidməti arasında 2022-2023-cü illər üçün əməkdaşlıq proqramı;

- Enerji və qeyri-enerji layihələri sahəsində Ermənistan-Rusiya əməkdaşlığının hərtərəfli proqramı;

- Rusiya Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin Departamenti ilə Ermənistan Qida Təhlükəsizliyinə Nəzarət arasında bitki karantini sahəsində informasiya sistemlərinin inteqrasiyası haqqında protokol;

- Ermənistan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi ilə Rusiya Mədəniyyət Nazirliyi arasında 2022-2025-ci illər üçün Mədəni Əməkdaşlıq Proqramı;

- Ermənistan Ədliyyə Nazirliyi ilə Rusiya Ədliyyə Nazirliyi arasında 2022-2023-cü illər üçün əməkdaşlıq proqramı.   /Axar.az/

Www.soydasaz.kepenekci.net

Paylaş:

Xəbər lenti