Gürcüstanda azərbaycandilli məktəblərin dili araşdırılıb – kitab təqdim olunacaq

image

Gürcüstanda azərbaycandilli məktəblərdə ana dilinin mənimsənilməsinə həsr olunmuş kitab təqdim ediləcək

SOYDAŞ İctimai Birliyinin təşkilatçılığı ilə “Maarif” Təşkilatının direktoru, iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayevanın müəllifi olduğu “Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” kitabının təqdimat mərasimi keçiriləcək.

Soydas.az xəbər verir ki, təqdimat mərasimində kitabın əsas mövzusu, elmi əhəmiyyəti və Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir göstərən amillər barədə məlumat veriləcək.

Nəşrdə azərbaycandilli məktəblərdə ana dilinin tədrisi və mənimsənilməsi məsələlərinin, eləcə də bu prosesə təsir edən müxtəlif amillərin araşdırıldığı bildirilir. Kitabın mövzusu Azərbaycan dilinin qorunması, tədrisinin inkişaf etdirilməsi və xaricdə yaşayan azərbaycanlıların ana dili ilə bağlı məsələlərin öyrənilməsi baxımından diqqət çəkir.

Tədbirdə elm və təhsil ictimaiyyətinin nümayəndələrinin, ziyalıların, tədqiqatçıların, ictimai birliklərin təmsilçilərinin və mövzu ilə maraqlanan şəxslərin iştirakı gözlənilir.

Təqdimat mərasimi Azərbaycan Milli Elmlər Akademiyasının konfrans zalında, 2-ci mərtəbədə keçiriləcək.

Tədbir çərçivəsində kitabın müəllifi Aygül İsayevanın çıxışı, əsərin məzmunu və tədqiqatın nəticələri ilə bağlı müzakirələrin aparılması nəzərdə tutulur.

Www.soydasaz.kepenekci.net

Paylaş:

Xəbər lenti