Milli Məclisin sədri Azərbaycanın Gürcüstandakı səfirliyində olub
Milli Məclisin sədri Azərbaycanın Gürcüstandakı səfirliyində olub
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Gürcüstanda səfərdə olan parlament nümayəndə heyəti Azərbaycanın bu ölkədəki səfirliyinə gəlib.
Spiker səfirliyin inzibati binasının foyesində ucaldılmış Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, səfirliyin əməkdaşlarının fəaliyyəti üçün burada yaradılmış şəraitlə tanış olub.
Səfir Faiq Quliyev səfirliyin fəaliyyəti barədə Milli Məclisin sədrinə ətraflı məlumat verib.
Www.soydasaz.kepenekci.net