Zakir Həsənov Selçuk Bayraktarla görüşüb
Zakir Həsənov Selçuk Bayraktarla görüşüb
Mayın 25-də müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar ilə görüşüb.
Görüşdə Zakir Həsənov iki qardaş ölkə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin inkişaf etdiyini və möhkəmləndiyini bildirib.
Ölkə rəhbərlərinin dostluq münasibətlərinin dövlətlərimiz arasında əlaqələrin inkişafında mühüm rol oynadığını xüsusi vurğulayan general-polkovnik Zakir Həsənov bu cür görüşlərin qarşılıqlı əməkdaşlığımızın genişləndirilməsi baxımından vacibliyini qeyd edib.
Görüşdə bu il “Texnofest Azərbaycan” festivalının Bakıda keçirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.
Azərbaycan ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.
Www.soydasaz.kepenekci.net