Gənc “Vikipediya”çılara sertifikatlar təqdim olunub
Gənc “Vikipediya”çılara sertifikatlar təqdim olunub
Gürcüstanın Marnueli rayonunda "İnkişaf və Təhsil Mərkəzi" və “Vikimedia” Fondunun Gürcüstan nümayəndəliyinin təşkilatçılığı ilə faliyyət göstərən “Vikipediya” klubunun 5 nəfər fəal iştirakçısına "Qorqud” Vikipediya Metodik Klubunun sertifikatları təqdim olunub.
Soydas.az xəbər verir ki, könüllü fəaliyyət göstərən gənc soydaşlarımız sertifikatlara təlimlərdə uğurlu iştiraklarına, sərbəst məqalə dərc etməyə, səhifədə yerləşdirməyə və artıq mövcud olan məqalələrin bir dildən digərinə çevirməsinə görə təltif ediliblər.
Təltif olunan könüllülər Aytəkin Allahverdiyeva, Tahir Mahmudov, Sənan Omarov, Sinan Əhmədov və Aidə Omarova Azərbaycan ədəbiyyatı, incəsənəti və tarixinə aid məlumatları gürcü dilinə çeviriblər.
Qeyd edək ki, həftəlik hesabatlarda gürcü dilində təqdim olunan məqalələr bu gənc soydaşlarımızın zəhmətinin bəhrəsidir.
Www.soydasaz.kepenekci.net