Rusiya üç yerə parçalancaq - Alferov
Rusiya üç yerə parçalancaq - Alferov
Rusiya Federasiyası parçalanmalıdır, lakin onun necə dağılacağına dair vahid təsəvvür yoxdur.
Soydas.az Axar.az-a istinadən xəbər verir ki, bunu ukraynalı tarixçi Aleksandr Alferov deyib.
"İndi belə bir anlayış var ki, Rusiya Federasiyası üç böyük zonadan - Avropa, Sibir və Uzaq Şərqdən ibarət olacaq. Bunlar ayrıca logistika və iqtisadi zonalardır. Ukraynaya lazımdır ki, təcavüzkar ölkə onun xarici fəaliyyətini donduracaq vətəndaş müharibəsi ilə xaosa girsin. Onlar (ruslar - red.) bura (Ukraynaya - red.) çoxlu şüarlarla gəlmişdilər, onlardan biri də "babalar döyüşüb" idi. Aradan 5-10 il keçəcək, oğulları bura gəlib deyəcəklər: “Atalar döyüşüb”. Bu da qan davasıdır", - o bildirib.
Www.soydasaz.kepenekci.net