Rustavi İstanbul bazarına silahlı hücum zamanı 4 nəfər ölüb
Rustavi İstanbul bazarına silahlı hücum zamanı 4 nəfər ölüb
Gürcüstanın Rustavi şəhərində fəaliyyət göstərən İstanbul bazarı ərazisində baş vermiş atışma zamanı 4 nəfər həlak olub. Məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyi yayıb.
Bildirilib ki, 1988-ci il təvəllüdlü Q.O. bazar ərazisinə gələrək bir neçə dəfə atəş açıb. Hadisə nəticəsində yaralanmış daha 1 nəfər isə xəstəxanaya yerləşdirilib. İnsidenti törədən şəxsin hadisə yerində saxlanıldığı bildirilib.
DİN yaralı şəxsin və ölənlərdən birinin hücumu törədənin qohumları olduğunu açıqlayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə səfərbər olunub və araşdırma davam etdirilir.
Www.soydasaz.kepenekci.net