Salome Zurabişvili: "Rusiya dayandırılmasa, digər ölkələri işğal etməyə davam edəcək"

image

"Biz Rusiyanın bundan əvvəl digər ölkələri işğal etməsinə reaksiya olmamasının nə ilə nəticələndiyini görmüşük, Rusiya dayandırılmasa digər ölkələri işğal etməyə davam edəcək".

Soydas.az 24News.ge-yə istinadən xəbər verir ki, bu sözləri Prezident Salome Zurabişvili Almaniyanın "Deutsche Welle" telekanalına açıqlamasında deyib. O, Ukraynanın Aİ və NATO da daxil olmaqla hələ də əsas tərəfdaşlarından genişmiqyaslı dəstək almadığını vurğulayıb.

Zurabişvili Aİ-nin Ukraynaya 50 milyard avro ayırmasının doğru qərar olduğunu deyib: "Düşünürəm ki, bu, bütün Avropanın öz qətiyyətini göstərməsi baxımından vacib idi. Onlar (ukraynalılar) eynisini ABŞ konqresindən də gözləyirlər və mən əminəm ki, nəhayət bu da baş verəcək", - deyə Zurabişvili qeyd edib.

Dövlət başçısı Qara dəniz təhlükəsizliyinin Avropanın təhlükəsizliyi anlamına gəldiyini vurğulayıb.

Zurabişvili rusiyalı müxalifətçi Aleksey Navalnının ölüm vaxtının təsadüf olmadığını, Rusiyanın mesajı olduğunu bildirib:

“Hesab edirəm ki, Navalnının ölümünün Münhen konfransının başlamasına bir neçə saat və ya dəqiqə qalmış elan edilməsi təsadüfi deyil. Bu, Münhen konfransının iştirakçıları üçün bir mesaj idi. Rusiya bununla istənilən yerdə istənilən şey edə biləcəyinə dair ümumi psixoloji təəssürat yaratmağa çalışır", - deyə Prezident vurğulayıb.

Www.soydasaz.kepenekci.net

Paylaş:

Xəbər lenti