İsmayıl Ömərovun 70 illik yubileyidir
İsmayıl Ömərovun 70 illik yubileyidir
Soydas.az xəbər verir ki, bu gün Azərbaycanın sayılıb-seçilən ağsaqqallarından olan, İctimai Televiziyanın sabiq baş direktoru İsmayıl Ömərovun doğum günü - 70 illik yubileyidir.
Xatırladaq ki, İsmayıl Ömərov 1954-cü il fevralın 20-də Gürcüstanın Borçalı mahalında, Bolnisi rayonunun Kəpənəkçi kəndi kəndində anadan olub. 1971-ci ildə Kəpənəkçi kənd orta məktəbini bitirib. Həmin il Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. 1976-cı ildə ali təhsilini başa vuraraq təyinatla Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində əmək fəaliyyətinə başlayıb. Televiziyanın "İctimai-siyasi proqramlar" redaksiyasında kiçik redaktordan baş redaktor vəzifəsinə qədər uğurlu bir yaradıcılıq yolu keçib. "Blokada", "Əsrin faciəsi", "Qanlı yanvar", "Qarabağ düyünü" və digər teleserialların müəllifi və aparıcısı olub.
Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda ikinci təhsil alaraq politoloq ixtisasına yiyələnən İ.Ömərov 2000-2005-ci illərdə Azərbaycan Respublikası ikinci çağırış Milli Məclisinin deputatı olub.
2005-ci ildə İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru seçilib. Onun 10 illik rəhbərliyi altında İctimai televiziya ən yüksək reytinqə malik olub, milli-mənəvi dəyərləri layiqincə təmsil edib.
İsmayıl Ömərov Gürcüstanda, Bolnisi şəhərində xidmətlərinə və töhvələrinə görə “Fəxri vətəndaş” seçilib.
İsmayıl Ömərov "Qızıl qələm" mükafatları laureatı və Azərbaycanın əməkdar incəsənət xadimidir.
İsmayıl Ömərovu 70 illik yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, can sağlığı arzulayırıq.
Www.soydasaz.kepenekci.net