Bolinisi azərbaycanlıları Xocalı qurbanlarının xatirəsini yad ediblər

image

Bolnisidə fəaliyyət göstərən “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”ndə müəllim və tələbələrin, Azərbaycan dili  və rəsm kurslarının aşağı yaş  qrupunun şagirdlərinin iştirakı ilə Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Soydas.az xəbər verir ki, ilk olaraq mərkəzdə tədris olunan Azərbaycan dili və rəsm kurslarının aşağı yaş qruplarında təhsil alan şagirdlərə 32 il öncə 1992-ci ildə fevralın  25-dən 26-na keçən gecə baş vermiş faciə ilə bağlı məlumat verilib, onların sualları cavablandırılıb.

Daha sonra “Qan yaddaşımız-Xocalı” adlı tədbir keçirilib. Tədbirdə ilk olaraq Xocalı soyqırımı qurbanlarının və Azərbaycanın  ərazi bütövlüyü uğrunda həlak olan qəhrəman  Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərkəzin 100-ə yaxın üzvnun qatıldığı tədbirdə çıxış edən QHİM-in direktoru Rezo Həsənov Xocalı soyqırımı haqqında  geniş məlumat verərək bildirib ki,erməni vandaliziminin və vəhşiliyinin qurbanı olan 613 nəfər dinc Xocalı sakini amınsızlıqla qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib,1275 dinc sakin əsir götürülüb.

Qeyd edilib  ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində Xocalı qurbanlarının qisası döyüş meydanında alınıb, Azərbaycanın sahibi olduğu  torpaqlar işğaldan azad edilib, Azərbaycanın ərazi bütövlüyü və  suverenliyi tam bərpa edilib.

 Mərkəzin Azərbaycan dili müəllimi Fatma Əliyeva və İngilis dili müəllimi Rəksanə Şıxıyeva çıxışlarında qətliam qurbanlarınının hər il anılmasının dünya  azərbaycanlılarının mənəvi borcu olduğunu bildirib.

 Mərkəzin şagirdi Lara İsmayılova “Xocalı”,Yusif İsaqov “Xocalı, ay Xocalı” Sənan Turabov isə “Xocalı müsibəti” adılı şeirləri səsləndiriblər. Tədbirin sonunda isə “İşgəncələr məbədi-Şuşa həbsxanası”adılı sənədili film nümayiş etdirilib.

Www.soydasaz.kepenekci.net

Paylaş:

Xəbər lenti