Tbilisidə məlumatlandırma aksiyası keçirilib

image

Gürcüstanın paytaxtı Tbilisidə “Xocalı faciəsi insanlığa qarşı törədilmiş cinayətdir: tanıyaq və tanıdaq” adlı aksiya keçirilib.

Soydas.az xəbər verir ki, Gürcüstanda fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzi və Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) tərəfindən təşkil olunan məlumatlandırma xarakterli aksiyada mərkəzin rəhbərliyi və tələbələri paytaxt sakinlərinə və şəhərin qonaqlarına bukletlər paylayıb. Bukletlərdə Xocalı soyqırımının baş vermə səbəbi, erməni vandalizminin acı nəticələri, eləcə də  faciə qurbanları ilə bağlı statistik faktlar əksini tapıb.

Aksiyanın əsas məqsədi ermənilərin Xocalıda törətdikləri bu qətliamın insanlığa qarşı törədilmiş qatı cinayət olduğunu gürcü ictimaiyyətinin və əcnəbilərin diqqətinə çatdırmaq olub.

Www.soydasaz.kepenekci.net

Paylaş:

Xəbər lenti