Gürcüstandakı soydaşlarımız Novruz bayramı adətlərini yaşadır
Gürcüstandakı soydaşlarımız Novruz bayramı adətlərini yaşadır
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Gürcüstanın Dmanisi rayonunda fəaliyyət göstərən “Vətəndaş - Cəmiyyətin Təhsili və İnkişafı üçün Vətəndaş Birliyi” tərəfindən müəllim, tələbə və məktəb şagirlərinin, həmçinin gürcü ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə rayon mərkəzində Novruz çərşənbələrdən ikincisi olan Od çərşənbəsi qeyd olunub. Bayram tədbirində milli adət-ənənələrə uyğun olaraq çərşənbə tonqalı qalanıb, xonçalar bəzədilib.
Soydas.az xəbər verir ki, birliyin rəhbəri Kamran Xıdırov Gürcüstanda yaşayan soydaşlarımızın Novruz adətlərini yaşatdıqlarını xüsusilə qeyd edib.
Bayram şənliyində məktəb şagirdlərinin Novruz bayramına həsr etdikləri rəsmlər, əl işləri və xalqımızın uzun illər məişətdə işlətdiyi qədim saxsı qablar nümayiş olunub.
Www.soydasaz.kepenekci.net