Gürcüstanın Adigeni ərazisində müsəlmanlara qarşı təxribata kimlər əl atır?

image

Gürcüstanın Adigeni bələdiyyəsində Yusuf Mikeladzenin həyətində müsəlmanların cümə namazı qılmasına icazə verilməyib.

Soydas.az 24News.ge-yə istinadən xəbər verir ki, nəticədə qarşıdurma baş verib. Xulo müftisi Aslan Abaşidzenin sözlərinə görə, Adigenidə yaşayan müsəlmanlar son bir neçə ildir ki, Yusuf Mikeladzenin evinə toplaşaraq cümə namazı qılırlar. Bununla belə, müəyyən şəxslər, o cümlədən yerli keşiş xristian və müsəlman əhali arasında qarşıdurma yaratmağa çalışır: "Bu keşiş Nikolasdır. Özünü çox pis aparır, silahla gəzir. Keçən həftə ev sahibini hədələyib və zorakılıq edir. Həmçinin müsəlmanları döyməklə hədələyir. O deyir ki, Samtsxe-Cavaxetiyada müsəlmanlar ola bilməz. Biz məsələni dialoq yolu ilə həll etmək istədik, Adigeni meri və Samtsxe-Cavaxeti müftisi Mamuka Vaşakmadze də müdaxilə etdi. Vəziyyəti tənzimlədilər. Biz bütün aidiyyatı qurumlara məlumat vermişik, Acarıstan Ali Şurasının sədrinə, parlamentin üzvü Anzor Bolkvadzeyə və sairə də məlumat vermişik”, - deyə Aslan Abaşidze bildirib.

Məlumata əsasən, vəziyyət o qədər gərginləşib ki, onlarla polis əməkdaşı hadisə yerinə səfər edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları fiziki qarşıdurmanın qarşısını alıblar. Müsəlman icmasının nümayəndələri hadisə ilə bağlı bazar ertəsi yerli hökumət nümayəndələri ilə görüşəcəklərini bildiriblər.

Www.soydasaz.kepenekci.net

Paylaş:

Xəbər lenti