“Xan Şuşinski – 120” virtual sərgisi hazırlanıb
“Xan Şuşinski – 120” virtual sərgisi hazırlanıb
Azərbaycan Milli Kitabxanasında “Xan Şuşinski – 120” adlı virtual sərgi hazırlanıb.
Milli Kitabxanadan APA-ya verilən məlumata görə, virtual sərgidə görkəmli xanəndənin həyat və yaradıcılığı haqqında materiallar, rəsmi sənəd, fotolar, mükafatları nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Xan_Shushinski_120/index.htm linkindən istifadə edə bilərlər.
Qeyd edək ki, avqust ayının 20-də Azərbaycan muğam sənətinin korifeylərindən, Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən olan Xan Şuşinskinin 120 illik yubileyi tamam olur.
Www.soydasaz.kepenekci.net