Tbilisidə yaşayış binasında partlayış olub
Tbilisidə yaşayış binasında partlayış olub
Bu gün səhər saatlarında Tbilisinin Didube rayonunun Samtrediya küçəsindəki çoxmərtəbəli yaşayış binasında güclü partlayış olub.
AZƏRTAC-ın müxbiri hadisə yerindən xəbər verir ki, partlayış nəticəsində ətrafda yerləşən yaşayış binalarına, ticarət obyektlərinə və avtomobillərə də ziyan dəyib.
İlkin məlumata görə, partlayışa qaz sızması səbəb olub. Tbilisi şəhər meriyasının əməkdaşları bildiriblər ki, hadisə nəticəsində ölən olmasa da, xəsarət alanlar var.
Binada yaşayan 93 ailə artıq təxliyə olunub və otellərə yerləşdirilib.
Www.soydasaz.kepenekci.net