Gürcüstanın Qardabani rayonunda Novruz bayramına həsr edilmiş tədbir keçirilib
Gürcüstanın Qardabani rayonunda Novruz bayramına həsr edilmiş tədbir keçirilib
Gürcüstan da soydaşlarımızın yaşadığı Qardabani rayonunda Novruz bayramına həsr edilmiş tədbir keçirilib.
Soydas.az xəbər verir ki, bu rayonda fəaliyyət göstərən Təhsil və İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirdə müəllimlər, ictimaiyyət nümayəndələri, musiqiçilər, gənclər, eləcə də məktəblilər iştirak ediblər.
Çıxış edənlər iştirakçıları Novruz bayramı münasibətilə təbrik edərək, sülh, əmin-amanlıq və ruzi-bərəkət arzulayıblar.
Tədbir musiqiçilərin rəngarəng ifaları ilə davam etdirilib.
Sonda bayram tonqalı alovlandırılıb.
Www.soydasaz.kepenekci.net