Gürcüstanda 4,8 bal gücündə zəlzələ olub

image

Gürcüstanın Raça-Leçxum-Kvemo Svaneti bölgəsində zəlzələ baş verib.

Bu barədə Gürcüstan Yer Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanların episentri Raçanın Oni şəhərindən 6 kilometr cənub-şərqdə, Psori kəndi yaxınlığında olub. Zəlzələnin gücü 4,8 bal təşkil edib. Birinci yeraltı təkan Tbilisi vaxtı ilə saat 17:44-də, 4.8 bal gücündə, ikinci isə 17:50-də 4.2 bal gücündə qeydə alınıb.

Dağıntı və tələfat barədə məlumat verilmir.

Www.soydasaz.kepenekci.net

Paylaş:

Xəbər lenti