Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Eliso Bolkvadze ilə görüşüb

image

Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli səfiri Faiq Quliyev Gürcüstan Parlamentinin Mədəniyyət Komitəsinin sədri Eliso Bolkvadze ilə görüşüb.

Soydas.az xəbər verir ki, görüş zamanı Eliso Bolkvadzeni salamlayan Azərbaycan səfiri Azərbaycan-Gürcüstan arasında mədəniyyət, incəsənət və digər aidiyyəti sahələr üzrə əməkdaşlıq əlaqələrinin davamlı inkişafından məmnunluğunu ifadə edib.

Faiq Quliyev bu cür görüşlərin ölkələrimiz arasındakı sahəvi münasibətlərə təkan verdiyini və səfirlik olaraq bu münasibətlərin daha da möhkəmləndirilməsi məqsədilə Gürcüstan Parlamentinin Mədəniyyət Komitəsi ilə əməkdaşlığa hər zaman hazır olduğunu söyləyib. Ölkəmizin təşəbbüsü ilə ərsəyə gələn aidiyyəti layihələrə göstərilmiş dəstəyə görə E.Bolkvadzeyə təşəkkürünü bildirən səfir birgə layihələrin icra olunmasının önəmini də qeyd edib.

E.Bolkvadze mədəniyyət sahəsi üzrə iki ölkə arasındakı münasibətlərin günü-gündən daha da inkişaf etdiyini söyləyib, bu münasibətlərin dərinləşdirilməsində qarşılıqlı səyləri yüksək qiymətləndirib. O, ölkəmizlə qarşılıqlı maraq doğuran birgə layihələrin dəstəklənməsinə hazır olduğunu, iki ölkənin qanunverici orqanlarının müvafiq komitələri arasında əməkdaşlıq perspektivlərinin önəmini qeyd edib.

Görüş zamanı həyata keçirilməsi nəzərdə tutulan birgə layihələrin icra vəziyyəti nəzərdən keçirilib, mümkün təşəbbüs, eləcə də qarşılıqlı səfər imkanları barədə də fikir mübadiləsi aparılıb.

Www.soydasaz.kepenekci.net

Paylaş:

Xəbər lenti