Bolnisi rayonunda iftar süfrəsi açılıb
Bolnisi rayonunda iftar süfrəsi açılıb
Aprelin 5-də Gürcüstanın azərbaycanlılar yaşayan Kvemo Kartli bölgəsinin Bolnisi rayonunda yerli bələdiyyənin deputatı Mahir Bayramovun təşkilatçılığı ilə iftar süfrəsi açılıb.
Soydas.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Azərbaycan və Türkiyənin bu ölkədəki səfirliklərinin nümayəndələri, Bolnisi rayonun meri, sakrebulonun sədri, deputatlar, yerli icma nümayəndələri iştirak ediblər.
Əvvəlcə Qurani-Kərimdən surələr oxunub.
Sonra səfir Faiq Quliyev, Gürcüstan parlamentinin deputatı Qoqi Meşveliani, Bolnisi rayonunun meri Dato Şerazedişvili, deputat Mahir Bayramov, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyin Yusubov, tarixçi alim, parlamentin sabiq deputatı Ramiz Bəkirov və başqaları çıxış edərək, Ramazan bayramı münasibətilə dünya müsəlmanlarını təbrik ediblər.
İftar süfrəsində Ramazan ayının fəzilətləri barədə söhbət edilib, bu ayın insanlar arasında mənəvi saflığın tərənnümçüsü olduğu qeyd olunub.
Www.soydasaz.kepenekci.net