Gürcüstanda yaşayan azərbaycanlı gənclərə COP29 haqqında məlumat verilib

image

Gürcüstanın Rustavi şəhərində fəaliyyət göstərən “Təhsil və Mədəniyyət Mərkəzi”ndə həmin ölkədə yaşayan azərbaycanlı yeniyetmə və gənclərlə növbəti görüş COP29-a həsr olunub.

Soydas.az xəbər verir ki, görüşü açan Mərkəzin direktoru Raida Dərziyeva BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının iqlim dəyişikliyi ilə mübarizədə dünyanın mühüm tədbirlərindən biri olduğunu vurğulayıb və COP29-un Bakıda keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.

Daha sonra Mərkəzin Azərbaycan şöbəsinin müəllimi Dilbər Babayeva şagirdləri iqlim dəyişkənliyi barədə məlumatlandırıb.

Www.soydasaz.kepenekci.net

Paylaş:

Xəbər lenti