Gürcüstan Parlamenti qarşısında keçirilən aksiyada qarşıdurma yaşanıb

image

Gürcüstan Parlamenti qarşısında “Rusiya qanunlarına yox” şuarı ilə etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları qanunverici orqandan Ali Məhkəməyə qədər yürüş ediblər.

“Rusiya qanunlarına yox” şüarı ilə keçirilən yürüş zamanı qarşıdurma baş verib. Qarşıdurma etirazçılar Ali Məhkəməyə doğru hərəkət edən zaman baş verib.

Yürüş zamanı bir neçə vətəndaş tələbələri satqın adlandırıb, buna görə də onlar arasında qarşıdurma yaşanıb.

Təşkilatçıların bildirdiyinə görə, bu gündən müxtəlif universitetlərdə etiraz aksiyası davam edəcək.  Aksiyanın təşkilatçıları qeyd ediblər ki, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini geri götürənə qədər bu aksiyaları davam etdirəcəklər.

Www.soydasaz.kepenekci.net

Paylaş:

Xəbər lenti