Stoltenberq: NATO Ukraynaya qoşun göndərməyəcək

image

NATO Ukraynaya qoşun göndərməyəcək və Kiyev də bunu istəməyib.

Bu barədə NATO Baş katibi Yens Stoltenberq İtaliya mətbuatına açıqlamasında deyib.

Stoltenberqin sözlərinə görə, alyans müharibə vəziyyətində olan Ukraynaya ordu göndərməyəcək:

"NATO-nun Ukraynaya qoşun yeritmək planı yoxdur. Keçən həftə Ukraynada səfərdə idim, onlar bunu xahiş etmədi, ukraynalılar NATO əsgərlərinin gəlməsini xahiş etmədilər. Onların (Ukrayna - red.) istədikləri sadəcə daha çox yardımdır", - hərbi alyansın Baş katibi vurğulayıb. /APA/

Www.soydasaz.kepenekci.net

Paylaş:

Xəbər lenti