Avropada yaşayan azərbaycanlı mühəndislərin forumu keçiriləcək
Avropada yaşayan azərbaycanlı mühəndislərin forumu keçiriləcək
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı və Azərbaycanın Almaniyadakı Səfirliyinin iştirakı ilə 22 iyun 2024-cü il tarixində Berlində “Avropada yaşayan azərbaycanlı mühəndislərin Forum”u keçiriləcək.
Soydas.az xəbər verir ki, Forum “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində gerçəkləşdiriləcək.
Forumda Avropa universitetlərində təhsil almış, habelə hazırda Avropada mühəndis olaraq çalışan azərbaycanlıların iştirakı nəzərdə tutulur.
Bununla əlaqədar Forumun Təşkilat Komitəsi soydaşlarımızı aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçməyə dəvət edir:
https://bit.ly/4bzTisP
“Avropada yaşayan azərbaycanlı mühəndislərin forumu”nun “COP-29” tədbiri ərəfəsində təşkili, azərbaycanlı mütəxəssislərin bu mötəbər tədbirlə bağlı müzakirələr aparmasına və müvafiq təkliflərin ümumiləşdirilməsinə imkan yaradacaqdır. Eyni zamanda Forum Azərbaycanın beynəlxalq səviyyədəki təsirini artıracaq və bu sahədə fəaliyyət göstərən Azərbaycanlı mütəxəssislərin beynəlxalq səviyyədə təcrübələrini paylaşmaq üçün bir platforma təqdim edəcəkdir.
Www.soydasaz.kepenekci.net