Azərbaycanda Gürcüstanın 10 Universitetinin diplomu tanınmır
Azərbaycanda Gürcüstanın 10 Universitetinin diplomu tanınmır
Diplomları tanınmayan və ən çox imtina alan xarici ali məktəblər açıqlanıb.
Soydas.az xəbər verir ki. Təhsildə Keyfiyyət Təminatı Agentliyi açıqladığı siyahıda 54 Universitetin adı açıqlanıb. Bu siyahıda Rusiya, Ukrayina Universitetləri ilə yanaşı, Gürcüstan Universitetləri də yer alıb.
Siyahı, ali təhsil müəssisəsi üzrə minimum 30 müraciət nəzərə alınaraq, edilən müraciətlərdən 30% və ondan artıq imtinaları əhatə etməkdədir (qeyd olunan ali təhsil müəssisələri ilə keçiddən tanış ola bilərsiniz).
Mənfi qərarla yekunlaşan müraciətlərin səbəbləri aşağıdakılardır:
Akkreditasiyasız ali təhsil müəssisəsi;
Təhsil aldığı ölkənin ərazisində təhsilin normativ müddətindən az olması;
Dövlət nümunəli olmayan diplom;
Təhsil forması;
Tədris yükünün normativdən az olması.
Qeyd edək ki, siyahıda diplomu tanınmayan Gürcüstandan olan 10 Universitet də yer alıb. Bunlar aşağıdakılardır:
Gürcüstan Avropa Tədris Universiteti;
Gürcüstan Yeni Universiteti;
Gürcüstan Avropa Univeriteti;
Gürcüstan Millenium Universiteti;
Gürcüstan Beynəlxalq Tədris Universiteti;
Tbilisi Açıq Tədris Universiteti;
Gürcüstan Kənd Təssərrüfatı Universiteti;
Tbilisi Humanitar Tədris Universiteti;
Suxişvili Tədris Universiteti;
Qafqaz Beynəlxalq Universiteti
Www.soydasaz.kepenekci.net