Tbilisidə XIV Yerli İqtisadi İnkişaf Forumu keçirilir
Tbilisidə XIV Yerli İqtisadi İnkişaf Forumu keçirilir
Forumda Azərbaycanda görülən işlərdən də bəhs olunacaq
Bu gün Gürcüstanın paytaxtında XIV Tbilisi Yerli İqtisadi İnkişaf Forumu (Sağlam Şəhər - Yaşıl, Ekoloji Təmiz Mühit, Çevik və Dayanıqlı Şəhər İnkişafı) işinə başlayıb.
Soydas.az "Report"un yerli bürosuna istinadən xəbər verir ki, tədbirdə Azərbaycanı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Forumda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov da iştirak edir.
Tədbir çərçivəsində şəhərlərdə sağlam, yaşıl, ekoloji təmiz həyat naminə görülən işlər, həyata keçirilən və nəzərdə tutulan layihələr müzakirə ediləcək.
Eldar Əzizov forumda çıxış edəcək və Azərbaycanda yaşıl, ekoloji təmiz həyat naminə görülən işlər, COP29-a hazırlıq barədə məlumat verəcək.
Www.soydasaz.kepenekci.net