Bu gün akademik Ramiz Məmmədovun anım günüdür
Bu gün akademik Ramiz Məmmədovun anım günüdür
Bu gün akademik Ramiz Məmmədovun anım günüdür.
Soydas.az xəbər verir ki, akademikin bu anım günündə onun məzarını Elm və Təhsil Nazirliyinin Həsən Əliyev adına Coğrafiya İnstitunun baş direktoru, professor Zakir Eminov başda olmaqla İnstitutun bir qrup əməkdaşı və Soydaş ictimai Birliyinin üzvləri bir yerdə ziyarət ediblər.
Qeyd edək ki, Ramiz Məmmədov 4 fevral 1950-ci ildə Gürcüstanın Qardabani rayonunun Qaracalar kəndində anadan olub. 1967-ci ildə həmin kəndin orta məktəbini bitirib və ADU-nun fizika fakultısinə qəbul olunub. 1972-ci ildə ali təhsilini başa vurub.
1973-cü ildə AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitunda Xəzər Dənizi Problemləri Mərkəzində başlayıb. Coğrafiya İnstitunun Elmi Şurasının qərarı ilə 1975–1976-cı illərdə Moskva Okeanologiya İnstitutunda stajyor, 1977-ci ildə isə həmin institutun əyani aspiranturasına qəbul olunub.
1980-ci ilin yanvar ayında o Dayaz dənizlərdə və şirinsulu sututarlarında turbulent mübadilə mövzusunda Moskva Okeanologiya İnstitutunun Dissertasiya Şurasında Okeanologiya ixtisası üzrə namizədlik ddissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi adını alıb.
1980–1985-ci illərdə Azərbaycan Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyində Xəzər elmi tədqiqat stansiyasının müdiri vəzifəsində çalışıb, 1985-ci ildə AMEA-nın Rəyasət Heyətinin qərarı ilə əvvəl Geologiya, 1989-cu ildə isə yenidən Coğrafiya İnstituna işə qaytarılıb. 1991-ci ildən AMEA akad.H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər Dənizi Problemləri Mərkəzinin müdiri, 1995–2013-cü illər ərzində isə həmin institutun elmi işlər üzrə direktor müavini vəzifəsində işləyib, 2013-cü ildən isə AMEA H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru vəzifəsində çalışır.
1996-cı ildə Xəzər dənizinin hidrofiziki sahələrinin dəyişkənliyi və onların çirkləndiricilərin yaılmasına təsiri mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, texnika elmləri doktoru elmi adını almış, 2001-ci ildə coğrafiya ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilib. 2009-cu ildə Azərbaycan Ali Attestasiya Komissiyasının qərarı ilə ona hidrologiya ixtisası üzrə professor elmi rütbəsi verilib.
Ramiz Məmmədov 07 iyun 2021-ci ildə 71 yaşında ürək tutmasından dünyasını dəyişib. Məzarı II Fəxri xiyabandadır.
Allah rəhmət eləsin!
Www.soydasaz.kepenekci.net