Bu gün Azərbaycan Kinosu Günüdür
Bu gün Azərbaycan Kinosu Günüdür
Bu gün Azərbaycan kinosunun yaranmasının 126-cı ildönümü tamam olur. 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərini nümayiş etdirmişdi. Həmin gün milli kinonun yaranma günü hesab olunur.
Bu gün artıq 126-cı ildönümünü qeyd etdiyimiz Azərbaycan kino sənəti ötən müddətdə əlamətdar hadisələrlə zəngin özünəməxsus inkişaf yolu keçərək, xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayıb.
Ulu Öndər Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur.
Qeyd edək ki, dünən Azərbaycanda Kino Günü ərəfəsində Prezident İlham Əliyev “Azərbaycan kino işçilərinin təltif edilməsi haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə beş nəfər “Tərəqqi” medalı ilə təltif edilib, Azərbaycan kinematoqrafiyasının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə isə iki nəfərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.
Www.soydasaz.kepenekci.net