Gürcüstanda hərbi xidmətə çağırış təxirə salınıb
Gürcüstanda hərbi xidmətə çağırış təxirə salınıb
Gürcüstanda məcburi hərbi xidmətə çağırış təxirə salınıb. Bununla bağlı baş nazir İrakli Kobaxidze avqustun 14-də sərəncam imzalayıb.
Sözügedən sərəncama əsasən, çağırışçıların milli hərbi xidmətə qəbulu 2025-ci il yanvarın 1-dək təxirə salınıb.
Sərəncamda deyilir: “Bu ilə müəyyən edilmiş milli hərbi xidmətə çağırışa cəlb olunanlar üçün milli hərbi xidmətə çağırış 2025-ci il yanvarın 1-dək təxirə salınsın”.
Parlamentar Teona Akubardia sosial şəbəkədə qeyd edib ki, seçki öncəsi İrakli Kobaxidze məcburi hərbi çağırışın 2025-ci il yanvarın 1-dək təxirə salınması barədə sərəncam verib. /24News.ge/
Www.soydasaz.kepenekci.net