Gürcüstan bankları Rusiyanın daha bir pul köçürmə sistemilə əməkdaşlığı dayandırıb

image

Rusiyanın Unistream və Contact pul köçürmə sistemlərindən sonra üçüncü Rusiya şirkəti Gürcüstanda pul köçürmələrini dayandırır.

Bir sıra Gürcüstan bankları, o cümlədən TBC və Bank of Georgia Rusiyanın pul köçürmə sistemi olan “Zolotaya Korona” ilə əməkdaşlığı dayandırıb.

Bu barədə Telegram kanallarında məlumat yayılıb.

Səbəb Amerikanın şirkətə qarşı tətbiq etdiyi sanksiyalar olub ki, ona görə də sanksiyalara məruz qalan şirkətlərlə iş görmək qadağandır. Onlar Telegram-da yazır ki, bu qərar Gürcüstanla Rusiya arasında əməkdaşlığı çətinləşdirəcək.

“Zolotaya Korona”nın nümayəndələri bildiriblər ki, tərəfdaşların tələblərini nəzərə almaq lazımdır.

Məlumat üçün bildirək ki, indiyədək SWIFT beynəlxalq sistemindən çıxarılan Rusiya banklarının müştəriləri də oxşar problemlərlə üzləşib. /InterPress.ge/

Www.soydasaz.kepenekci.net

Paylaş:

Xəbər lenti