Gürcüstanda pravoslavlığ ölkənin əsas dini cərəyanı olacaq?
Gürcüstanda pravoslavlığ ölkənin əsas dini cərəyanı olacaq?
Gürcüstan hökuməti katolik cərəyandan imtina edərək, pravoslav xristianlığı ölkənin əsas dini cərəyanı elan etməyə hazırlaşır.
Bu barədə Gürcüstan Patriarxlığının nümayəndəsi Andriya Djaqmaidze yerli mətbuata bildirib.
O deyib ki, bu addım kilsənin cəmiyyətdəki rolunun artırılmasına, eləcə də milli-mənəvi dəyərlərin qorunmasına yönəlib:
“Bu məqsədlə konstitusiyada dəyişiklik edilib-edilməyəcəyi barədə məlumatım yoxdur. Bizə dedilər ki, təklif kilsənin ictimai əhəmiyyətini artırmağa yönəlib. Bizim də bir sıra təkliflərimiz var, lakin onları müzakirələrin yekununda təqdim etməyi düşünürük”.
Onun sözlərinə görə, bu məsələ bu gün patriarxlığın iclasında müzakirəyə çıxarılacaq.
Www.soydasaz.kepenekci.net