Avropa İttifaqı Gürcüstana yenidən viza rejimi tətbiq edə bilər
Avropa İttifaqı Gürcüstana yenidən viza rejimi tətbiq edə bilər
Avropa İttifaqı Gürcüstanla vizasız rejimin dayandırılması məsələsini faktiki olaraq razılaşdırıb. Bu barədə Gürcüstan KİV-i mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Aİ-yə üzv ölkələrin xarici işlər nazirlikləri ilə məsləhətləşmələr və razılaşmalar mərhələsi artıq başa çatıb, lakin yekun qərar Gürcüstanda keçiriləcək parlament seçkilərinin nəticələrindən asılı olacaq. Ölkədə demokratik prinsiplər, o cümlədən azad seçkilər prinsipi sahəsində vəziyyət pisləşərsə, Aİ müvafiq qərar qəbul edə bilər.
Qeyd olunub ki, vizanın liberallaşdırılmasının dayandırılması Aİ-yə üzv dövlətlər arasında tam konsensus tələb etməyən qərardır.
Www.soydasaz.kepenekci.net