Gürcüstanın xarici ticarət dövriyyəsi 22 %-dən çox artıb 

image

Bu ilin yanvar-avqust aylarında Gürcüstanın xarici ticarət dövriyyəsinin dəyəri 8 678,3 milyon ABŞ dolları təşkil edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,2 % çoxdur.

Hesabat dövründə qonşu ölkənin ixracının dəyəri 25,7 % artaraq 2 605,5 milyon dollar, idxalının dəyəri isə 20,7 % artaraq 6 072,9 milyon dollar olub.

Son nəticədə xarici ticarətdə 3 467,4 milyon dollarlıq kəsir yaranıb ki, bunun da ümumi xarici ticarət dövriyyəsindəki payı 40 %-dir.

Www.soydasaz.kepenekci.net

Paylaş:

Xəbər lenti