TİKA-nın Tbilisidəki nümayəndəliyinin yeni rəhbəri İnteqrasiya Mərkəzində olub

image

“Türk Əməkdaşılıq və Koordinasiya Agentliyi”nin (TİKA)  Tbilisi nümayəndəliyinə təyin edilmiş yeni rəhbəri Zeynəb xanım Bayraq “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində” qonaq olub.

“Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”nin icraaçı direktoru Rezo Həsənov qonağa mərkəzdə keçirilən ödənişsiz dil kursları,hüquq xidmətləri və digər fəaliyyətlər haqqında geniş məlumat verərək bildirib ki, 2021-ci ildən etibarən Azərbaycan dövlətinin dəstəyi ilə mərkəz fəaliyyətini uğurla davam etdirir.

Qonaq isə öz növbəsində Azərbaycan Respublikasının  Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyini alqışlayıb və gələcəkdə QHİM və TİKA arasında mümkün əməkdaşlıq  haqqında söhbət açıb. 

Görüşün sonunda “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”nin rəhbərliyi  Zeynəb xanıma yeni vəzifəsində və işlərində müvəffəqiyyətlər arzulayıb Bolnisiyə səfər etdiyini üçün təşəkkür edib.

Www.soydasaz.kepenekci.net

Paylaş:

Xəbər lenti