Putin: "Rusiya eskalasiyaya qəti və güzgü effekti ilə cavab verəcək"

image

Rusiya lideri Vladimir Putin xalqa video-müraciət edib. Müraciətdə Putin əsasən Ukraynaya uzaqmənzilli raketlərlə Rusiyanın dərinliklərinə zərbə endirilməsi və Rusiyanın ilk dəfə qitələrarası ballistik raketlərdən istifadəsi istiqamətində danışıb.

Putinin əsas tezisləri bunlardır:

- Noyabrın 19-da ABŞ istehsalı olan altı ATACMS operativ-taktiki raketi və noyabrın 21-də Böyük Britaniya istehsalı olan “Storm Shadow” sistemləri ilə Bryansk və Kursk vilayətlərində Rusiya Federasiyasının hərbi obyektlərinə zərbələr endirilib; Rusiya hava hücumundan müdafiə qüvvələri hücumları dəf edib və düşmən öz məqsədlərinə nail olmayıb;

- Bu andan etibarən, biz dəfələrlə vurğuladığımız kimi, Ukraynada əvvəllər Qərbin təhrik etdiyi münaqişəyə qlobal xarakterli elementlər əldə edilib;

- Rusiya özünü Rusiya Federasiyasına qarşı silahdan istifadə edən ölkələrin hərbi obyektlərinə qarşı silah tətbiq etmək hüququna malik hesab edir;

- Qoşunlarımız bütün döyüş təmas xətti boyunca uğurla irəliləyir, qarşımıza qoyduğumuz bütün vəzifələr öz həllini tapacaq;

- Rusiya Silahlı Qüvvələri Amerika və Britaniya silahlarının Rusiyaya hücumlarına cavab olaraq Ukraynanın hərbi-sənaye kompleksinin obyektinə kompleks zərbə endirdi;

- Rusiya eskalasiyaya qəti və güzgü effekti ilə cavab verəcək;

- Rusiyanın istifadə etdiyi raket “Oreşnik” adlanır. Hazırda “Oreşnik” raketlərinin qarşısını almaq mümkün deyil;

- Ən son rus raketləri hədəflərə saniyədə 2-3 km sürətlə hücum edir, düşmənin mövcud raketdən müdafiə sistemləri onların önünü kəsmir;

- Rusiya Federasiyası əvvəlcədən ukraynalı mülki şəxslərə raketlərdən istifadə edildikdə təhlükə zonasını tərk etməyi təklif edəcək.

- Rusiya Federasiyası Yujmaşı nüvəsiz hipersəs ballistik raketlə vurub;

- Rusiya dinc vasitələrə üstünlük verir, eyni zamanda hadisələrin istənilən inkişafına hazırdır, cavab həmişə olacaq.

Www.soydasaz.kepenekci.net

Paylaş:

Xəbər lenti