ABŞ Gürcüstanla strateji tərəfdaşlığı dayandırır
ABŞ Gürcüstanla strateji tərəfdaşlığı dayandırır
ABŞ Dövlət Departamenti “Gürcü Arzusu”nun Aİ-yə üzvlük prosesini dayandırması, həmçinin Gürcüstanla Strateji Tərəfdaşlığa son verilməsi ilə bağlı bəyanat yayıb.
ABŞ Dövlət Departamentinin rəsmisi Metyu Millerin açıqladığı Bəyanatda hakim partiyanın qərarının Gürcüstan xalqına vəd verdiyi və ölkə konstitusiyasında da əks olunmuş Aİ və NATO-ya inteqrasiya prinsipinə zidd olduğu qeyd edilib.
Bəyanatda qeyd olunub ki, ABŞ-Gürcüstan Strateji Tərəfdaşlığının əsasını demokratiya, qanunun aliliyi, vətəndaş cəmiyyəti, insan hüquqları və fundamental azadlıqlara hörmət, korrupsiyaya qarşı səylər kimi ortaq dəyərlər və öhdəliklər təşkil edib, lakin “Gürcü Arzusu”nun "müxtəlif antidemokratik hərəkətləri" bu prinsipləri pozub.
ABŞ Gürcüstanın Aİ-yə üzvlük məsələsini dayandırmaq qərarından da təəssüfləndiyini bildirir.
“Gürcü Arzusu”nun hərəkətləri strateji tərəfdaşlığımızın əsas prinsiplərini pozub. Nəticədə ABŞ bu mexanizmin fəaliyyətini dayandırıb”, - bəyanatda bildirilib.
Www.soydasaz.kepenekci.net