“YAŞAT” Fonduna nə qədər vəsait daxil olub?

image

“YAŞAT” Fondunun yaranmasından 4 il ötür. Bu gün Fondunun 4 illik fəaliyyətinə dair mətbuat konfransı keçirilib.

 “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov hesabat xarakterli çıxışında daha çox statistik məlumatlar əks olunub.

Fond sədri qeyd edib  ki, 4 il ərzində Fonda toplanan vəsaitin həcmi 91 537 792.07 manat olub. Xərclənən vəsaitin həcmi 86 762 869.26 manat, qalıq vəsaitin həcmi isə 4 774 922.81 manat təşkil edib. Qeyd edilib ki, 4 milyondan artıq qalan vəsaitin 1 milyonu növbəti ildə təhsil istiqamətində xərclənmə üçün nəzərdə tutulub.

Elvin Hüseynov bildirib ki, Fond ötən 4 ildə 56 sosial layihə həyata keçirib. Bu layihələrdə 25 min 27 şəxs iştirak edib.

O həmçinin bildirib ki, "YAŞAT" düşərgəsi bu günə qədər 812 şəhid övladını əhatə edib.

“Düşərgələrdə uşaqların vaxtının səmərəli şəkildə həyata keçirilməsi təşkil edilib. Düşərgələrdə Film Fondu tərəfindən müəyyən eksponatlarla uşaqlar tanış olub və suallarına cavab tapıblar”.

 

Www.soydasaz.kepenekci.net

Paylaş:

Xəbər lenti