Gürcüstan universitetlərində gürcü dili icbari olacaq

image

Gürcüstanda ali təhsil müəssisələrində gürcü dili dərsi bütün ixtisaslar üzrə məcburi olacaq.

Bu barədə parlamentin Təhsil, Elm və Gənclər Komitəsinin rəhbəri Givi Mikanadze məlumat verib.

Onun sözlərinə görə, bu dəyişikliklərə dair qanunvericilik təşəbbüsü artıq komitədə dəstəklənib və qanunun iyun ayının ortalarında qüvvəyə minməsi gözlənilir. Həmin vaxta qədər Gürcüstan Təhsil Nazirliyi yeni proqramları hazırlamalıdır.

Təklif Tbilisi Dövlət Universitetinin professorları Nana Maçavariani və Georgi Qoqolaşvili tərəfindən irəli sürülüb.

Xatırladaq ki, 2005-ci ildən universitetlərdə gürcü dili fənninin tədrisi yalnız bəzi fakültələrlə məhdudlaşırdı. Yeni qərarla bu fənnin bütün fakültələr üzrə məcburi tədrisi planlaşdırılır.

Www.soydasaz.kepenekci.net

Paylaş:

Xəbər lenti