Gürcüstanda 15 xarici vətəndaş deportasiya edilib
Gürcüstanda 15 xarici vətəndaş deportasiya edilib
Gürcüstan DİN-in Miqrasiya Departamenti və nazirliyin müvafiq bölmələri tərəfindən kompleks tədbirlər çərçivəsində 15 xarici vətəndaş ölkədən çıxarılıb.
Gürcüstan DİN-in məlumatına görə, bunlar Türkiyə, Nigeriya, Türkmənistan, Çin, Hindistan, İordaniya, Misir, Rumıniya, Banqladeş, Livan, İran və Rusiya vətəndaşlarıdır.
"Qüvvədə olan qanunvericiliyə uyğun olaraq, ölkədən çıxarılan şəxslərin ölkəyə girişi qadağan edilib. Qeyri-qanuni miqrasiya ilə mübarizə aparan orqan Gürcüstan DİN-in Miqrasiya Departamentidir. Onun səlahiyyətlərindən biri Gürcüstanda qanunsuz əsaslarla olan xarici vətəndaşların aşkarlanmasıdır", - məlumatda deyilir.
Www.soydasaz.kepenekci.net