Gürcüstanda müxalifət lideri həbs edilib
Gürcüstanda müxalifət lideri həbs edilib
Gürcüstanın müxalif “Dəyişikliklər naminə koalisiya”nın liderlərindən biri Nika Meliya həbs olunub.
Bu barədə Tbilisi şəhər məhkəməsi qərar qəbul edib.
Müxalifətçi qərarın elan olunması prosesində iştirak etməyib, belə ki, hakimin üstünə su atdığından iclas zalından çıxarılıb.
Qeyd edək ki, N.Meliya ötən gün saxlanılıb. O, parlamentin istintaq komissiyasının qanuni tələbini yerinə yetirməməkdə ittiham olunur. Tbilisi məhkəməsi ona qətimkan tədbiri kimi 50 min lari məbləğində girov tətbiq etsə də, siyasətçi onu ödəməkdən imtina edib.
Www.soydasaz.kepenekci.net