"Anadolu"nun müxbiri Azərbaycanda mükafat aldı
"Anadolu"nun müxbiri Azərbaycanda mükafat aldı
Heydər Əliyev Mərkəzi, Regional İnkişaf Assosiasiyası, Media İnkişafı Agentliyi, Media Təhlil Mərkəzi və Azərbaycan Fotoqraflar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Vətən müharibəsi - Qələbənin üzləri” fotomüsabiqəsinin qalibləri məlum olub.
Heydər Əliyev Mərkəzində keçirilən mərasimdə “Qələbənin üzləri”, “Müharibə qalıqları” və “Müharibə xatirələri” nominasiyaları üzrə münsiflər heyəti tərəfindən seçilən fotoşəkillərin sahiblərinə mükafatlar təqdim olunub.
Anadolu Agentliyinin müxbiri Rəsul Rəhimov Qarabağ müharibəsində övladları ilə vidalaşan əsgəri əks etdirən "Qorxu, sevgi və ayrılıq" adlı fotosu ilə ən çox bəyənilən şəkil olaraq mükafata layiq görülüb.
Www.soydasaz.kepenekci.net