Moldovada qaqauzlar etiraza qalxdı

image

Moldovanın Qaqauziya muxtar bölgəsinin paytaxtı Komratda enerji resurslarının tariflərinin artırılmasına etiraz olaraq mitinq keçirilib.

Axar.az "Nokta.md" portalına istinadən xəbər verir ki, mitinqə yüzlərə insan toplaşıb.

“Qaz, elektrik enerjisinin tariflərinin artırılmasına etiraz olaraq burada toplaşmışıq. Bunlar əhali üçün uyğun qiymətlər deyil”, - deyə ictimai xadim Fedor Dobrov mitinqdə çıxışı zamanı deyib.

Mitinqdə çıxış edən Qaqauziya Xalq Məclisinin deputatları da Moldova hakimiyyətinin ünvanına kəskin tənqidlər səsləndirib, Prezident Maya Sandu və Baş nazir Natali Qavrilitsanın siyasətinin uğursuz olduğunu bəyan ediblər.

Bundan əlavə, Qaqauziya rəhbəri İrina Vlaxın fəaliyyətindən də narazılıq ifadə olunub. Bildirilib ki, İ.Vlax hökumət qarşısında muxtariyyətin mövqeyini ciddi şəkildə müdafiə etməlidir.

Www.soydasaz.kepenekci.net

Paylaş:

Xəbər lenti