Qazaxıstan parlamentinə yeni spiker seçildi
Qazaxıstan parlamentinə yeni spiker seçildi
Qazaxıstan Prezident Administrasiyasının keçmiş rəhbəri Erlan Koşanov parlamentin aşağı palatasının spikeri seçilib.
Bu barədə Qazaxıstan prezidentinin mətbuat katibi Berik Uali deyib.
Koşanov keçmiş spiker Nurlan Niqmatulinin deputat səlahiyyətlərinə xitam verilməsindən sonra onun boş qalan yerinə Nur Otan Partiyasından mandat alıb.
Qeyd edək ki, bu gün Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Erlan Koşanovu Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad etmişdi.
Nurlan Niqmatulin isə bu gün spikerlikdən istefa verib və onun adı həm də Nur Otan Partiyasının Siyasi Şura üzvlərinin yeni siyahısında yoxdur. /axar.az/
Www.soydasaz.kepenekci.net